Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

1 oktyabr – prokurorluq orqanları işçilərinin peşə bayramıdır - 2026

01 oktyabr 2026 | 19:41
Oktyabrın 1-i Azərbaycanda prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümü və prokurorluq orqanları işçilərinin peşə bayramı günüdür. 108 il əvvəl əsası qoyulan Azərbaycan Prokurorluğu müxtəlif tarixi mərhələlərdən keçərək, bu gün müasir hüquq-mühafizə təsisatlarından birinə çevrilib.
Oktyabrın 1-də prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümü və prokurorluq orqanları işçilərinin peşə bayramı günü münasibətilə Qusar rayonunda tədbir keçirilib. Tədbirdən əvvəl Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, abidə önünə gül dəstələri düzülərək müstəqil dövlətimizin memarının əziz xatirəsi ehtiramla yad edilib.
Daha sonra tədbir Rayon Prokurorluğunun inzibati binasında davam etdirilib. Tədbirdə Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, rayonun hüquq-mühafizə və məhkəmə orqanlarının rəhbərləri, RİHB Aparatının məsul əməkdaşları, Rayon Prokurorluğunun əməkdaşları və ziyalılar iştirak ediblər. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Qusar rayon prokuroru Ceyhun Mirzəyev Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyevin peşə bayramı münasibətilə prokurorluq işçilərinə ünvanladığı təbrik məktubunu səsləndirib və bütün prokurorluq orqanlarının əməkdaşlarını, o cümlədən rəhbərlik etdiyi kollektivi peşə bayramı münasibətilə təbrik edərək, onlara məsulliyətli fəaliyyətlərində uğurlar arzu edib.
Tədbirdə çıxış edən Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov prokurorluq əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edərək, Azərbaycan Respublikasının hüquq-mühafizə sistemində prokurorluq orqanlarının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Bildirib ki, prokurorluq orqanları yarandığı gündən etibarən qanunçuluğun təmin edilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi, cinayətkarlığa qarşı mübarizə və dövlət maraqlarının qorunması istiqamətində üzərinə düşən mühüm vəzifələri layiqincə yerinə yetirib. Rayon rəhbəri, həmçinin Azərbaycan prokurorluğunun keçdiyi tarixi inkişaf yolu barədə məlumat verərək, bildirib ki, rayonun hüquq-mühafizə orqanları, o cümlədən Qusar Rayon Prokurorluğu rayonda qanunçuluğun təmin edilməsi istiqamətində fəaliyyət göstərən mühüm dövlət təsisatları sırasındadır.
Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov çıxışında Qusar rayonunda son dövrdə həyata keçirilən sosial-iqtisadi və infrastruktur layihələri haqqında da qısa məlumat verib. İcra başçısı qeyd edib ki, bütün bu tədbirlər rayonun sosial-iqtisadi inkişafının davamlılığının təmin edilməsinə, əhalinin rifahının yüksəldilməsinə xidmət edir. Sonda rayon rəhbəri prokurorluq əməkdaşlarına məsuliyyətli və şərəfli fəaliyyətlərində uğurlar arzulayıb.
Digər hüquq-mühafizə orqanlarının rəhbərləri, tədbir iştirakçıları da prokurorluq əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edərək, onlara məsuliyyətli və şərəfli fəaliyyətlərində uğurlar arzulayıblar.
Rayon prokurorluğunun əməkdaşları göstərilən diqqət və etimada görə minnətdarlıqlarını ifadə edərək, bundan sonra da üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklərini bildiriblər. Çıxışlarda ölkə başçısı cənab İlham Əliyevin prokurorluq orqanlarına göstərdiyi diqqət və qayğının prokurorluq orqanları əməkdaşlarına qarşıya qoyulan vəzifələrin daha yüksək səviyyədə icrası üçün mühüm stimul verdiyi vurğulanıb.
Tədbirin sonunda xidməti vəzifələrinin icrasında fərqlənən, məsuliyyətli və səmərəli fəaliyyəti ilə seçilən bir qrup prokurorluq əməkdaşına Qusar Rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanları təqdim olunub.
Keçidlər