Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Mənəvi dəyərlərə bağlılıq və sosial məsuliyyət gənc nəslin formalaşmasında mühüm rol oynayır

30 sentyabr 2026 | 15:11
Qusar rayonunun ümumtəhsil müəssisələrində mütəmadi olaraq şagirdlərin dünyagörüşünün zənginləşdirilməsi, onların milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi, hüquq və vəzifələri barədə məlumatlılığının artırılması, eləcə də cəmiyyətdə baş verən aktual proseslərlə bağlı maarifləndirilməsi məqsədilə maarifləndirici tədbirlər keçirilir.
Sentyabrın 29-da Qusar Rayon İcra Hakimiyyətinin, İnsan Hüquqları üzrə Müvəkkilin Şimal Regional Mərkəzinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Hil kənd tam orta ümumtəhsil məktəbində “Mənəviyyat, ədalət və sosial məsuliyyət” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Qusar Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Kamran Sədullayev, İnsan Hüquqları üzrə Müvəkkilin Şimal Regional Mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin müdiri Elnur Ağasiyev, məktəbin direktoru Kamran Tahirov və məktəbin şagirdləri iştirak ediblər.
Çıxışlarda mənəvi dəyərlərin gənc nəslin dünyagörüşünün və şəxsiyyət kimi formalaşmasının əsas dayaqlarından biri olduğu, ədalət prinsipinə və insan hüquqlarına hörmətin cəmiyyətdə qarşılıqlı etimad və sağlam münasibətlərin möhkəmlənməsinə xidmət etdiyi vurğulanıb. Həmçinin gənclərdə sosial məsuliyyət hissinin formalaşdırılmasının onların cəmiyyət həyatında fəal iştirak edən, üzərinə düşən vəzifələri dərk edən vətəndaş kimi yetişməsində mühüm rol oynadığı diqqətə çatdırılıb. Bildirilib ki, milli-mənəvi dəyərlərə bağlılıq, düzgün və ədalətli davranış, başqalarının hüquq və azadlıqlarına hörmət, eləcə də sosial məsuliyyət hissi gənclərin müxtəlif mənfi təsirlərdən, zərərli vərdişlərdən və radikal meyillərdən qorunmasında mühüm amillərdəndir.
Tədbir interaktiv müzakirə formatında davam etdirilib, şagirdlərin mövzu ilə bağlı sualları cavablandırılıb və onların fikirləri dinlənilib.
Keçidlər