Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar Dövlət Aqrar İnkişaf Mərkəzində “Ümummilli Lider Heydər Əliyevin aqrar sahənin inkişafında rolu” mövzusunda tədbir keçirilib

09 oktyabr 2026 | 17:40
Tədbirdə Qusar rayonunda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qurumların nümayəndələri iştirak ediblər. Ümummilli Lider Heydər Əliyevin aqrar sahənin inkişafı istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasətin, reallaşdırdığı köklü islahatların təhlili və təbliği məqsədilə təşkil olunan tədbirdə Ulu Öndərin respublikaya rəhbərliyi dövründə kənd təsərrüfatının dirçəldilməsi, torpaq islahatlarının həyata keçirilməsi, aqrar istehsalın genişləndirilməsi istiqamətində görülmüş işlərdən bəhs edilib.
Ulu Öndər Heydər Əliyevin kənd təsərrüfatı sahəsinin inkişafında roluna toxunan çıxışçılar dahi şəxsiyyətin hakimiyyəti dövründə bu sahənin dirçəldilməsi, istehsal imkanlarının genişləndirilməsi və kənd təsərrüfatı ilə məşğul olan təsərrüfat subyektlərinin fəaliyyətinin stimullaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirildiyini diqqətə çatdırıblar. Bildirilib ki, aqrar sektorda aparılan islahatlar, mülkiyyət münasibətlərinin yenidən qurulması və torpaq islahatının reallaşdırılması kənd təsərrüfatının inkişafında yeni mərhələnin əsasını qoyub, bu sahənin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində mühüm rol oynayıb.
Çıxışlarda aqrar sahənin inkişaf dinamikasını daha aydın qiymətləndirmək məqsədilə həmin dövrdə kənd təsərrüfatı sahəsində mövcud olmuş vəziyyətlə müasir dövrün göstəriciləri müqayisəli şəkildə nəzərdən keçirilib. Xüsusi olaraq qeyd edilib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Kənd təsərrüfatının müasir tələblərə uyğun inkişaf etdirilməsi, istehsalçıların fəaliyyətinin dəstəklənməsi, aqrar sektorda səmərəliliyin artırılması və mövcud potensialdan daha geniş istifadə olunması məqsədilə ardıcıl tədbirlər həyata keçirilir.
Tədbirin sonunda Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikasında aqrar sahənin inkişafında roluna həsr olunmuş qısametrajlı videomaterial nümayiş etdirilib.
Keçidlər