Qusar Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən növbəti onlayn və fərdi vətəndaş qəbulu keçirilib
09 oktyabr 2026 | 18:44
Əhalini narahat edən məsələlərin qanunvericiliyin tələblərinə uyğun həllinə nail olunması Qusar Rayon İcra Hakimiyyətinin fəaliyyətində diqqət yetirilən əsas istiqamətlərdəndir.
Oktyabrın 9-da Qusar Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən növbəti onlayn və fərdi vətəndaş qəbulu keçirilib. İdarə, müəssisə və xidmət sahələrinin rəhbərlərinin, inzibati ərazi dairələri üzrə icra nümayəndələrinin və bələdiyyə sədrlərinin onlayn formatda iştirak etdiyi qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib.
Qəbulda səsləndirilən müraciətlər, əsasən, torpaq sahəsi ilə təminat, maddi yardımın göstərilməsi və digər sosial xarakterli məsələləri əhatə edib. Rayon icra hakimiyyətinin başçısı tərəfindən müraciətlər dinlənilib, vətəndaşlara müraciətlərinin mahiyyəti üzrə müvafiq izahatlar verilib və qanunvericiliyin tələblərinə uyğun həlli məqsədilə aidiyyəti idarə və müəssisə rəhbərlərinə, məsul şəxslərə müvafiq tapşırıqlar verilib.
Eyni gündə rayon icra hakimiyyətinin başçısı tərəfindən vətəndaşların fərdi qəbulu da keçirilib. Qəbul zamanı şəhid ailəsinin üzvü və müharibə iştirakçılarının müraciətləri dinlənilib.






