Qusar rayonunun bir sıra kəndlərində şəhidlərin məzarları ziyarət edilib - 30.09.2026
30 sentyabr 2026 | 18:50
Sentyabrın 30-da Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİHB Aparatının məsul əməkdaşları, Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının sədri, müvafiq inzibati ərazi dairələri üzrə icra nümayəndələri və bələdiyyə sədrləri ilə birlikdə rayonun Gədəzeyxur, Gündüzqala, İmamqulukənd, Yuxarı Zeyxur kəndlərində şəhid məzarlarını ziyarət edib. Şəhidlərin ailə üzvləri və sakinlərin də iştirakı ilə baş tutan ziyarətlər zamanı şəhidlərin məzarları üzərinə gül dəstələri düzülüb, ruhlarına dualar oxunulub, əziz xatirələri ehtiramla yad edilib.
Rayonun İmamqulukənd kəndində şəhid məzarlarının ziyarət olunmasından sonra İmamqulukənd kəndində icra başçısı çay süfrəsi ətrafında şəhid ailələrinin üzvləri və qazilərlə həmsöhbət olub, onların məişət şəraiti, gündəlik qayğıları və mövcud problemləri ilə yaxından maraqlanıb. Bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr diləyən rayon rəhbəri şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsinin dövlətimizin, ölkə rəhbərliyinin əsas prioritetlərindən biri olduğunu diqqətə çatdırıb.
Şəhid ailələrinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə, rayon rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.






