Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar rayonunun bir sıra kəndlərində şəhidlərin məzarları ziyarət edilmişdir – 08.10.2026

08 oktyabr 2026 | 18:42
Oktyabrın 8-də Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Qusar rayon təşkilatının sədri, RİHB Aparatının məsul əməkdaşları, müvafiq inzibati ərazi dairələri üzrə icra nümayəndələri və bələdiyyə sədrləri ilə birlikdə rayonun Əniq, Çiləgir, Suvacal və Urva kəndlərində şəhid məzarlarını ziyarət etmişdir. Şəhidlərin ailə üzvləri və sakinlərin də iştirakı ilə baş tutan ziyarətlər zamanı şəhidlərin məzarları üzərinə gül dəstələri düzülmüş, əziz xatirələri yad edilmişdir.
Rayonun Çiləgir kəndində şəhid məzarlarının ziyarət olunmasından sonra icra başçısı çay süfrəsi ətrafında şəhid ailələrinin üzvləri və qazilərlə həmsöhbət olmuş, onların məişət şəraiti, gündəlik qayğıları və mövcud problemləri ilə yaxından maraqlanmışdır.
Keçidlər