Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar rayonunun inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində yeni təyinatlar olub

01 oktyabr 2026 | 18:39
Müasir dövrdə cəmiyyətin davamlı inkişafı mövcud əmək potensialından düzgün və səmərəli istifadə olunması ilə sıx bağlıdır. Kadr potensialının məqsədyönlü şəkildə formalaşdırılması və idarə olunması hər bir idarə və müəssisənin fəaliyyətinin keyfiyyətinə, işin səmərəliliyinə birbaşa təsir göstərir. Bu baxımdan Qusar Rayon İcra Hakimiyyətində də kadr siyasəti və vakant vəzifələrin tutulması qanunvericiliyin tələblərinə uyğun müəyyən edilmiş prosedurlar əsasında həyata keçirilir. Müvafiq tələblərə cavab verən və keçirilən seçim mərhələlərində uğur qazanan şəxslərin müvafiq vəzifələrə təyinatı təmin olunur.
"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçirilmiş ümumi müsahibənin nəticələrinə əsasən, Rayon İcra Hakimiyyəti başçısının Həzrə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində baş məsləhətçi – ev təsərrüfatlarının uçotu işinin aparıcısı Mahmudov Murad Əmrulla oğlu Rayon İcra Hakimiyyəti başçısının Həzrə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi, eyni zamanda Rayon İcra Hakimiyyəti başçısının Mucuq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində baş məsləhətçi – ev təsərrüfatlarının uçotu işinin aparıcısı Qaflanov Elmar Şaiq oğlu Rayon İcra Hakimiyyəti başçısının Mucuq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin olunmuşdur.
Sentyabrın 30-da Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov yeni təyin olunmuş nümayəndələri qəbul edib. Görüş zamanı rayon rəhbəri onları yeni vəzifəyə təyin olunmaları münasibətilə təbrik edərək, fəaliyyətlərində uğurlar arzulayıb. Sahir Məmmədxanov çıxışında nümayəndəliklərin yerli səviyyədə dövlət idarəçiliyinin həyata keçirilməsində mühüm rol oynadığını diqqətə çatdırıb. İcra başçısı vurğulayıb ki, fəaliyyət zamanı qanunvericiliyin tələblərinə ciddi riayət olunması, vətəndaşların müraciətlərinə həssas və məsuliyyətli yanaşılması, ərazidə mövcud məsələlərin vaxtında müəyyən edilərək aidiyyəti üzrə həllinə şərait yaradılması əsas vəzifələrdən olmalıdır.
Yeni təyin edilmiş nümayəndələr onlara həvalə olunmuş vəzifələri layiqincə yerinə yetirəcəklərini və göstərilən etimadı doğruldacaqlarını qeyd ediblər.
Keçidlər