Şəhid Vüsal Orucovun anım mərasimi keçirilib
30 sentyabr 2026 | 18:44
Sentyabrın 30-da Qusar rayonunun Suvacal kəndində Vətənimizin ərazi bütövlüyünün müdafiəsi zamanı şəhid olan Orucov Vüsal Xeyirbala oğlunun şəhadətə ucalmasının üçüncü ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Anım mərasimində Suvacal kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi və bələdiyyə sədri, şəhidin ailə üzvləri və yaxınları, ictimaiyyət nümayəndələri, kənd sakinləri iştirak ediblər. Şəhidin məzarı önünə gül dəstələri düzülərək əziz xatirəsi ehtiramla yad edilib. Qeyd olunub ki, Vüsal Orucov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Orucov Vüsal Xeyirbala oğlu 15 fevral 2005-ci ildə Qusar rayonunun Suvacal kəndində anadan olub. 30 sentyabr 2023-cü ildə Kəlbəcər istiqamətində düşmən təxribatının qarşısının alınması zamanı şəhid olub. Oktyabrın 1-də doğulduğu Suvacal kəndində torpağa tapşırılıb.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!






