Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusarda 6-9 dekabr tarixlərdə Azərbaycan Könüllülərinin II Həmrəylik Düşərgəsi keçirilib

10 dekabr 2019 | 16:00

Qusarda dekabrın 6-dan 9-dək Azərbaycan Respublikası Gənclər Fondunun, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatçılığı, habə lə Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı ilə “Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində Azərbaycan Könüllülərinin II Həmrəylik Düşərgəsi təşkil olunub. Birinci gündə iştirakçılar Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər, onlara 1918-ci ildə bolşevik-daşnak silahlıların Azərbaycanda törətdikləri kütləvi qırğınlar və vəhşiliklər barədə məlumat verilib.

Düşərgədə gənc könüllülərin qonaqları Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, Agentliyin İnsan resursları və təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev, “Bakı Şəhər Halqası” əməliyyat şirkətinin könüllülər üzrə əlaqələndiricisi Tural Hümbətov, tanınmış fotoqraflar Vahid Həsənov və Vüqar İbadov olublar, görüşlər zamanı onlarla maraqlı söhbətlər aparılıb. 

Üç gün davam edən düşərgədə ştirakçılara müxtəlif təlimlər, seminarlar, görüşlər, intellektual və digər əyləncəli oyunlar təqdim olunub. Düşərgəyə 300 fəal könüllü qatılıb.

Keçidlər