Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusarda Qida Təhlükəsizliyi Agentliyi “Sağlam məktəbli” layihəsi çərçivəsində məktəblilərlə görüş keçirib

11 dekabr 2019 | 16:00

Dekabrın 11-də Qida Təhlükəsizliyi Agentliyi Qusar şəhər 4 saylı tam orta məktəbində “Sağlam məktəbli” layihəsi çərçivəsində məktəblilərlə maarifləndirici görüş keçirib. Görüş zamanı Agentliyin əməkdaşları tərfindən şagirdlərə həyata keçirdiyi maarifləndirmə tədbirləri haqqında, məktəblilərə qida təhlükəsizliyinə dair ilkin vərdişlər, qablaşdırma məhsullarının qidaya təsiri, qida məhsullarında etiket məlumatları, fast food-un zərərləri, süd və süd məhsullarının faydaları barədə ətraflı məlumat verilib, şagirdlər arasında müxtəlif bilik oyunlar keçirilib.

“Sağlam məktəbli” layihəsinin əsas məqsədi məktəblilərə sağlam qidalanmanın, qida təhlükəsizlik vərdişlərinin aşılanmasıdır. Layihə çərçivəsində Bakı şəhərində 20, regionlarda isə 60-dan çox məktəbdə görüş keçirilməsi nəzərdə tutulub.

 

Keçidlər