Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

"Şahdağ" Turizm Mərkəzində qış mövsümünün açılışı ilə əlaqədar KİV nümayəndələri üçün press-tur təşkil olunub

16 dekabr 2019 | 16:00

14 Dekabr 2019-cu il tarixdə "Şahdağ" Turizm Mərkəzində xizək mövsümünün açılışı ilə əlaqədar KİV nümayəndələri üçün press-tur təşkil olunub. Tədbirdə Şahdağ Turizm Qapalı Səhmdar Cəmiyyətinin sədri Rodderich Leffler, Quba Destinasiya Menecmenti Təşkilatının sədri Heybət Vəliyev, Dövlət Turizm Agentliyinin media və ictimaiyyətlə əlaqələr şöbəsinin nümayəndəsi Gülnar Mustafayeva iştirak ediblər. Press-turun əsas məqsədi “Şahdağ” Yay-Qış Turizm Mərkəzinin fəaliyyəti, qış mövsümündə turistlərə göstəriləcək xidmətlər haqqında ictimaiyyəti məlumatlandırmaqdan ibarətdir.

Keçidlər