Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar rayonu ərazisində koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində görüldüyü tədbirlər.

24 mart 2020 | 16:00

Koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması üçün Nazirlər Kabinetinin yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq Qusar rayonunda zəruri tədbirlər həyata küçirilir. Belə ki, rayon İcra Hakimiyyəti başçısının 17 mart 2020-ci il tarixli 17 saylı sərəncamı ilə rayon İcra Hakimiyyəti yanında aidiyyatı yerli dövlət qurumlarının rəhbərlərindən ibarət qərargah yaradılmış, idarə, müəssisə və təşkilat rəhbərlərinə virusun yayılmasının qarşısını almağa kömək edəcək tədbirlərin görülməsi tapşırılmışdır. Rayonda mövcud uşaq bağçalarında, məktəblərdə, idarə və təşkilatlara məxsus inzibati binalarda, çoxmənzilli yaşayış binaların pilləkən qəfəslərində və həyətlərində sanitar-dezinfeksiya işləri görülmüş və bu tədbirlər davam etdirilir. Şəhərin küçələri hər gün dezinfeksiyaedici məhlulla yuyulur.
İclasların, müşavirələrin telefon (selektor) rabitəsi, mobil və internet rabitəsi vasitəsi ilə keçirilməsi, inzibati binaların dəhlizində antiseptik vasitələrin qoyulması kimi tədbirlər görülmüş,  rayon İcra Hakimiyyəti Başçısı Aparatında vətəndaşların müraciətlərinin elektron və telefon rabitəsi vasitəsi ilə qəbul edilməsi üçün elektron ünvan (mail@qusar-ih.gov.az) və 38-5-30-58; 38-5-26-80 telefon əlaqə nömrələri və məsul şəxslər müəyyən edilmişdir.
Nazirlər Kabinetinin yanında Operativ Qərargahının tövsiyyələrinə uyğun vətəndaşların maarifləndirməsi aidiyyatı qurumlar və rayon İcra Hakimiyyəti başçısının şəhər, qəsəbə və kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndələr və bələdiyyələr vasitəsilə həyata keçirilir.

Keçidlər