Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Bu gün Qusar rayon İcra Hakimiyyətinin başçısı cənab Şair Alxasov Samur, Şirvanlı və Xanoba Dövlət Sərhəd Keçid Məntəqələrini birləşdirən avtomobil yolunun yenidən qurulması ilə bağlı görülən tikinti işləri ilə yerində tanış olmuşdur.

12 may 2020 | 16:00

       Bu gün Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 aprel 2020-ci il tarixli sərəncamına əsasən Samur, Şirvanlı və Xanoba Dövlət Sərhəd Keçid Məntəqələrini birləşdirən 23,5 km-lik avtomobil yolunun yenidən qurulması ilə bağlı görülən tikinti işləri ilə yerində tanış olmuşdur. Rayon İcra Hakimiyyətinin başçısına məlumat verilmişdir ki, yolun yenidənqurulması layihəsi çərçivəsində yol yatağına və yolun qoruma zolağına düşən kommunikasiya xətləri kənarlaşdırılacaq, yol 4 zolaqlı olmaqla 1-ci dərəcəyə uyğun yenidən tikiləcəkdir. Yolun Samur-Abşeron və Xanarx kanalları üzərindən keçən yerlərdə yeni körpülər inşa ediləcəkdir.
      Tikinti işləri ilə tanışlıq zamanı yerli sakinləri maraqlandıran bir sıra suallar cavablandırılmış, bəzi vətəndaşları narahat edən məsələlərin həlli ilə bağlı əlaqədar təşkilatların rəhbərlərinə tapşırıqlar verilmişdir.

Keçidlər