27 sentyabr tarixində baş vermiş hadisələr Ermənistanın faşist mahiyyətini bütün dünyaya göstərdi.
- Ermənistan işğalçılıq siyasətindən əl çəkmir.Hadisələrin gedişatı onu göstərir ki, Ermənistanın 27 sentyabr tarixli hərbi əməliyyatı planlaşdırılmış təxribatdır. Bu səbəbdən də biz bütün ehtimal olunan ssenarilərə hazır olmalıyıq.
- Ermənistan iqtidarı çirkin üsullara müraciət edir.27 sentyabr tarixli təxribat xarakterli hadisələr onu göstərdi ki, Ermənistan hakimiyyətinin əsas hədəfi Azərbaycan cəmiyyətində panika və təşviş yaratmaqdır.
- Dağlıq Qarabağmübarizəsi və savaşı ümumxalq mübarizədir.Hadisələrin gedişatı ilə bağlı xalqın daim məlumatlandırılmasına dair ölkə başçısı tərəfindən verilən tapşırıq hökumətin hər zaman olduğu kimi, bu gündə xalqa arxalandığını göstərir.
- Xalq və ordu birliyi.On minlərlə insanın orduya könüllü kimi yazılması, eləcədə təxribatlar zamanı öz evlərinin tərk etməməsi faktı Azərbaycanda xalq-ordu birliyi və orduya olan inamından xəbər verir.
- Qələbələrimiz xalqın ruh yüksəkliyinin səbəbidir. Xalqın haqq tələbi, müharibəyə hazırlıq dərəcəsi və dövlətə inamıruh yüksəkliyinin səbəbidir. Nümayiş olunan ruh yüksəkliyi qələbənin zəminidir.
- Orduya inam, əsgərlərə güvən. Orduya könüllü kimi yazılanların sayı dayanmadan artması vətənpərvərliklə yanaşı, orduya olan inamdan irəli gəlir.
- Güclü dövlət, güclü ordu.Ölkə başçısı tərəfindən ordu quruculuğuna ayrılan diqqət ölkəmizin hərbi gücünün dəstəklənməsi məsələsi reallaşan dövlət siyasətinin əsas prioritetlərdən olduğunu göstərir.
- Ermənistan hökuməti işğalçıdır. 27 sentyabr tarixli hadisələr bir daha onu göstərdi ki, Ermənistan işğalçıdır. Azərbaycan isə yalnız özünü müdafiə etmək üçün əks-hücum əməliyyatlarını həyata keçirib.
- Haqq mübarizəsi. 27 sentyabr tarixindəAzərbaycana qarşı yönəlmiştəxribatlar və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin: “Bizim digər ölkənin torpaqları ilə işimiz yoxdur” fikri erməni işğalçı siyasətini ifşa edir.
- Şuşaya yaxınlaşdıran qələbələr. 27 sentyabr tarixində milli ordumuzun əks-əməliyyatları nəticəsində 7 yaşayış məntəqənin və 2 hündürlüyününişğaldan azad olunması Azərbaycan xalqının böyük qələbəyə daha da yaxınlaşdırdı.