Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Xocalı soyqırımının 29-cu ildönümü Qusar rayonunda yad edilir.

26 fevral 2021 | 16:00

Bu gün Qusar rayonunda Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı bir sıra tədbirlər keçirilmişdir. Rayonun bütün yaşayış məntəqələrində Azərbaycanın Dövlət bayraqları endirilmiş, Rəsm Qalereyasında Xocalı faciəsinə həsr olunmuş rəsm əsərləri nümayiş olunmuş, ümumtəhsil məktəblərində şagirdlərin əl işlərindən ibarət sərgilər təşkil edilmişdir. Yeni Azərbayan Partiyasının Qusar rayon təşkilatının İdarə Heyəti Xocalı soyqırımının 29-cu ildönümünə əsr edilmiş  onlayn anım tədbiri keçirib. Saat 17:00-da rayon ərazisində Xocalı soyqırımı qurbanlarının, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçərək şəhid olmuş qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükut ilə yad edilmişdir. 

Keçidlər