Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar rayon İcra Hakimiyyətində 8 Mart Beynəlxalq Qadınlar gününə həsr olunmuş tədbir keçirilmişdir.

05 mart 2021 | 16:00

Qusar rayon İcra Hakimiyyətinin başçısı cənab Şair Alxasov qadınları 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik etmişdir. Şair Alxasov təbrik çıxışında Azərbaycan qadınlarının öz Vətəninə, xalqına, dövlətinə sadiq olaraq öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirdiyini, ölkənin ictimai-siyasi, mədəni, elmi, pedaqoji həyatında, müxtəlif sahələrdə olduğu kimi, hərbi peşəni seçən və taleyini Vətənə xidmət peşəsinə həsr edən qadınlarımız da kifayət qədər olduğunu qeyd etmişdir.  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qadınlarımıza göstərdiyi etimadı, diqqət və qayğını tədbir iştirakçılarına çatdırmış, tədbir iştirakçılarının timsalında  bütün rayon qadınlarına müvəffəqiyyətlər arzulamışdır.

Keçidlər