Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusarda rayon mərkəzindən 43 km aralıda yerləşən dağ kəndində tibb məntəqəsi tikilir.

20 aprel 2021 | 16:00

Qusar rayonunun  Düztahir kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan Düztahir və Gican kəndləri rayon mərkəzindən 43-48 km məsafədə, dağlıq ərazidə yerləşir. Düztahir kəndində 1760, Gican kəndində isə 570 nəfər əhali yaşayır. Son illərdə bu kəndlərə gedən avtomobil yolu əsaslı təmir edilmiş , hər iki kənddə məktəb binaları, Düztahir kəndində Poçt, ATS və Mərasimlər evi  tikilib istifadəyə verilmişdir. Lakin yaxın ərazidə yerləşən kəndlərdə tibb məntəqəsinin olmaması və Düztahir kənd tibb məntəqəsinin kənd sakininə məxsus fərdi yaşayış evinin bir otağında yerləşdirilməsi əhaliyə lazimi səviyyədə tibb xidmətlərinin göstərilməsində çətinliklər yaradırdı.
Artıq bu problem öz həllini tapmış, Yaponiya səfirliyinin qrant layihəsi çərçivəsində kənddə tibb məntəqəsi üçün binanın tikintisinə başlanılmışdır. Qısa müddətdə tikilib istifadəyə veriləcək həmin tibb məntəqəsində qonşu Böyük Muruq kəndində yaşayan 657 nəfər və ucqar dağlıq ərazidə yerləşən Sudur İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan yeddi kənddə yaşayan 1400 nəfər vətəndaşa da tibb xidmətlərinin göstərilməsi nəzərdə tutulur.

Keçidlər