Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

“Dövlət qulluğunda fərqlənməyə görə” medal təqdim edilmişdir.

20 aprel 2021 | 16:00

Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2020-ci il tarixli 2116 saylı Sərəncamı  ilə  Qusar rayon İcra Hakimiyyətinin Ərazi İdarəetmə və Yerli Özünü İdarəetmə Orqanları ilə İş şöbəsinin müdiri Ənvər Balabəyov “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir.
Bu münasibətlə 20.04.2021-ci il tarixdə Quasr RİHB Aparatında medalın təqdimetmə mərasimi keçirilmişdir. Qusar RİH başçısı cənab Şair Alxasov əvvəlcə ölkə başçısının dövlət  qulluqçularına qayğısından danışmış, dövlət idarəçiliyində həyata keçirilən tədbirlər barəsində məlumat vermişdir. Daha sonra ölkə prezidentinin müvafiq  Sərəncamına əsasən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunan Ənvər Balabəyovu təbrik etmiş, ona fəaliyyətində uğurlar arzu edərək medalı təqdim etmişdir. Ənvər Balabəyov öz növbəsində onun əməyinə verilən yüksək qiymətə görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirərək bundan sonrada daha yüksək əzm və məsuliyyələ çalışacağını bildirmişdir.

Keçidlər