Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Ömrünü xalqına həsr etmiş insan.

08 may 2021 | 16:00

May ayının 8-də Qusar rayon Ağsaqqallar Şurası Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci iıdönümü münasibətilə tədbir keçirmişdir. Tədbir iştirakçıları ilk olaraq Ulu Öndərin abidəsini ziyarət edib xatirəsi ehtiramla anıblar. Daha sonra tədbir YAP Qusar rayon təşkilatının qərargahında davam etdirilmişdir. Tədbiri giriş sözü ilə açan rayon Ağsaqqallar şurasının sədri Vahid Mehdixanov Ümummilli Lider Heydər Əliyevin şərəfli ömür yolundan və milli dövlətçilik tariximizdə misilsiz xidmətlərindən danışmışdır. Çıxış edən digər natiqlər Ulu öndər Heydər Əliyevin Azərbaycan tarixində fenomen şəxsiyyət olmasından, Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə Azərbaycan dövlətçiliyi böyük təhlükələrdən xilasından, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında əsaslı dönüşündən, Azərbaycan xalqının böyük oğlu, Heydər Əliyevin Azərbaycan xalqının dövlətçilik tarixində böyük uğurlara imza atmasından danışmışlar.

Keçidlər