Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş tədbir.

11 iyun 2021 | 16:00

11 iyun 2021-ci il tarixdə Qusar rayon İcra Hakimiyyəti, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Qusar rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş “Nizami Gəncəvinin hikmət xəzinəsi” mövzusunda elmi-praktik konfrans keçirildi. Konfrans öncəsi  Mərkəzin foyesində rayon məktəblilərinin “Nizamidən incilər” movzusunda rəsm işlərindən ibarət sərgiyə baxış keçirildi.

Konfransı RİH aparatının baş məsləhətçisi Kəmalə Qliçova açaraq Rayon İcra Hakimiyyətinin Başçısı adından konfrans iştirakçılarını salamlayaraq,rayonumuzda "Nizami Gəncəvi" ili ilə bağlı Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına uyğun kecirdiyi tədbirlərin vacib əhəmiyyətindən,Nizami Gəncəvinin ümumbəşəri mahiyyət daşıyan, ecazkar poetik qüvvəyə malik yaradıcılığından danışdı.

AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitunun direktoru,akademik,millət vəkili İsa Həbibbəyli konfransa onlayn şəkildə qatılaraq Nizami Gəncəvinin Azərbaycan şairi kimi dünya ədəbiyyatındakı nüfuzundan,əsərlərindəki ədalət,humanizm,əxlaqi dəyərlərdən geniş məlumat verərək,konfrans iştirakçılarına və eləcə də qusarlılara dövlət başçımızın çağırışlarının həyata keçirilməsindəki fəal mövqelərinə görə təşəkkür etdi.Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri,filologiya elmləri doktoru Fəridə Əzizova Nizami irsinin tarixiliyi və müasirliyi özündə hifz edən məziyyətlərindən bəhs edərək  mütəfəkkir şairin dünya ədəbiyyatında tutmuş olduğu mövqe barədə fikirlərini bölüşdü.

Qusar rayon Heydər Əliyev Mərkəzinin direktoru Neva Abdurahmanova,Ədəbiyyat institutunun  Orta əsrlər Azərbaycan ədəbiyyatı və Nizamişünaslıq  şöbəsinin elmi əməkdaşları  filologiya üzrə fəlsəfə doktorları, dosentlər Ruhəngiz Əliyeva, Təhminə Bədəlova, Zəkulla Bayramlı, Qürbət Mirzəzadə, Qədim Qubadov, Sabunçu rayon MKS-nin direktoru Nəcibə Hüseynova  və digər qonaqlar Şərq poeziyası və Nizami Xəmsəsi”, “Nizami Gəncəvi yaradıcılığında azad insan və azad cəmiyyət”, “ Nizami klassik ədəbiyyatımızın milli kimliyidir”, “Müasir dövlətçilik tariximizdə Nizami irsinə münasibət" mövzularında çıxışlar etdilər.Konfrans sonrası Qusar Dövlət Ləzgi Dram Teatrının  təqdimatında "Xeyir və Şər" hekayəsi əsasında çəkilmiş videotamaşa nümayiş olundu.

Daha sonra tədbir general M.Əbilov adına meydanında Qusar Dövlət Ləzgi Dram Teatrı tərəfindən hazırlanmış Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş  tamaşa kompozisiya ilə davam etdirilmişdir.

 

Keçidlər