Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

15 yun Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilmişdir.

15 iyun 2021 | 16:00

15 iyun 2021-ci il tarixdə Qusar şəhərində Heydər Əliyev Mərkəzində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilmişdir. İlk öncə tədbir iştirakçıları Ulu Öndərin abidəsini ziyarət etmiş, abidə önünə gül dəstələri düzmüşlər. Tədbir çərçivəsində Mərkəzin həyətində gənc rəssamların əl işlərindən ibarət rəsm səgisi təşkil olunmuş, Dövlət Ləzgi Dram Teatrı tərəfindən hazırlanmış ədəbi bədii kompozisiya nümayiş olunmuşdur. Daha sonra tədbir Milli Qurtuluş Gününə həsr olunmuş elmi praktik konfrans ilə davam etdirilmişdir. Tədbirdə Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov, Milli Məclisin deputatı Azər Badamov, rayonun bir sıra idarə müəssisə rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Keçidlər