Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Milli Qurtuluşdan tarixi Qələbəyə mövzusunda konfrans.

15 iyun 2021 | 16:00

YAP Qusar rayon təşkilatı və rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə "Milli Qurtuluşdan tarixi Qələbəyə" mövzusunda konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov açmış və Qurtuluş günün ölkəmizin tarixində əvəzedilməz bir səhifə olduğunu qeyd etmişdir. Konfransda çıxış edən Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Azər Badamov Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının xilaskarı olduğunu qeyd etmiş və qazandığımız tarixi Zəfərin təməlində Heydər Əliyev siyasətinin olduğunu bildirmişdir. Tədbirdə məktəblilər arasında "Ən yaxşı təqdimat" respublika müsabiqəsinin qalibi Mələkxanım Quliyevanın çıxışı dinlənilmiş və mövzuya uyğun videotəqdimat nümayiş etdirilmişdir.

Keçidlər