Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Azərbaycan Respublikası Silahlı Qüvvələri gününə həsr olunmuş tədbir

26 iyun 2021 | 16:00

26 iyun 2021-ci il tarixdə Qusar rayon İcra Hakimiyyətinin akt zalında rayon İcra Hakimiyyətinin başçsı Şair Alxasovun, rayonun hüquq-mühafizə orqanlarının rəhbərlərinin, şəhid ailələrinin, qazilərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələri gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov açıq elan etdi. RİH başçısı tədbir iştirakçılarını bayram münasibətilə təbrik edərək Azərbaycan  Ordusunun Vətən Müharibəsində göstərdiyi şücaətindən danışdı. Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızın işğaldan azad edildiyini qeyd etdi. Daha sonra  Vətən müharibəsi zamanı Azərbaycan Respublikası ərazilərinin azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş, şəhid olmuş, xəsarət almış və Azərbaycan Respublikası Prezidenti tərəfindən təltif edilmiş şəxslərə medal və onların vəsiqələri təqdim edilmişdir.

Keçidlər