Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusarda koronavirus infeksiyasının qarşısının alınması məqsədilə dezinfeksiya ilşləri davam etdirilir

21 avqust 2021 | 16:00

Rayonda son bir ayda vətəndaşların koronavirus infeksiyasına yoluxma halların artması vətəndaşların və müvafiq qurumların Ümumdünya Səhiyyə Təşkilatı və Nazirlər Kabinəti yanında Operativ Qərargah tərəfindən müəyyən edilmiş ictimai nəqliyyatda, qida məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə (topdan və pərakəndə satış obyektlərində, bazar, yarmarka və s. obyektlərdə), ictimai iaşə müəssisələrində, müxtəlif ticarət və və xidmət sahələrində koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki göstərişlərə əməl olunmasını və bu sahəyə nəzarətin artırılmasını tələb edir. Ona görə də rayonda qeyd olunan sahələrdə müəyyən edilmiş qaydalara əməl edilməsinə nəzarəti artırmaqla yanaşı dezinfeksiya işləri də mütəmadi olaraq aparılır. 21 avqust 2021-ci il tarixində növbəti dəfə Qusar şəhərinin mərkəzi küçələri, əhalinin daha çox gediş-gəliş olan ərazilər, iri ticarət obyektləri, meydan və parklar, uşaq bağçaları, çoxmənzilli binaların həyətləri, pilləkən qəfəsləri,ictimai nəqliyyat vasitələri xüsusi məhlullarla dezinfeksiya edilmişdir.

Keçidlər