Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Vətən müharibəsi şəhidinin doğum günü qeyd olundu.

01 sentyabr 2021 | 16:00


      1 sentyabr tarixində Qusar rayonunun Hil kənd sakini İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalmış Cavadov Rəşad Fərzəli oğlunun ad günü Qusar rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Şahid Fərəməzov, Milli məclisin deputatı Azər Badamov, YAP Qusar rayon təşkilatının sədri və əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qusar rayon şöbəsinin əməkdaşları, o cümlədən ictimaiyyət nümayəndələri və kənd sakinləri ilə birlikdə qeyd olunmuşdur. Əvvəlcə şəhidin əziz xatirəsi yad olunub məzarı üzərinə gül dəstələri düzülmüşdür. Tədbirdə şəhidimizin döyüş yolundan, vətənpərvərliyindən, onun vətəninin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə göstərdiyi qəhrəmanlıqlarından danışıldı. Rəşad o igidlərdən  idi ki, ölümdən belə qorxmurdu. Onun ölümün üzünə dik baxmasının səbəbi vətəninə olan sevgisindən irəli gəlirdi. Şəhidimiz Füzuli istiqamətində gedən döyüşlərdə  qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. Ölkə rəhbərinin sərəncamına əsasən o Füzuli uğrunda medalı ilə təltif olunmuşdur. Görüş zamanı şəhid atası Fərzəli Cavadov onlara göstərilən diqqət və qayğıya görə ölkə və rayon rəhbərliyinə öz minnətdarlığını bildirdi.

Keçidlər