Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar şəhərində küçələrdə abadlıq işləri görülür

04 sentyabr 2021 | 16:00

Qusar şəhərində  cari ildə də şəhərin bir sıra küçələrində təmir-bərpa, təmizlik və abadlıq işləri davam etdirilir. Belə ki, şəhər küçələrinin hərəkət hissəsində xətlərn çəkilməsi başa çatdırılmış, küçəkənarı divarların cari təmiri və rənglənməsi işləri davam etdirilir. Təmizlik və yaşıllıqlara xidmət məsələləri diqqətdə saxlanılır. Cari ildə əsas diqqət isə Mirzə Vəliyev küçəsinə verilmişdir.
Mirzə Vəliyev küçəsi şəhərin ən qədim küçələrdən biridir. Küçənin bir hissəsində asfalt örtük olsa da, digər hissədə küçə dar və çınqıl örtüklü olmaqla hərəkət hissəsində payız-qış aylarında əmələ gələn çalalarda yığılan su və palçıq sakinlərin, xüsusilə məktəb yaşlı uşaqların və ahıl insanların hərəkətini çətinlədirirdi. Küçə boyu illər əvvəl çəkilmiş elektrik, rabitə və qaz xətləri hazırki dövrün tələblərinə cavab vermir və şəhərin ümumi görkəminə xələl gətirməklə yanaşı texniki norma və qaydalarına da uyğun gəlmirdi. Təbii relyifi nəzərə alınaraq bir neçə il əvvəl küçənin üst tərəfində beton bloklardan torpaq sürüşməsinin qarşısının alınması üçün istinad divarları inşa edilsə də, küçə boyu əsaslı təmir və yenidənqurma işlərinin görülməsinə ehtiyac var idi. Ona görə də rayon İcra Hakimiyyəti tərəfindən 2021-ci ildə Mirzə Vəliyev küçəsinin yuxarı hissəsində aidiyyatı qurumlarla birlikdə dairəvi və küçə qaz xətlərinin, 10 və 0,4 kv-luq elektrik və hörümcək torunu xatırladan rabitə şəbəkisinin yenidən qurulmasını həyata keçirmiş, küçədə gecə işıqlandırma sistemi qurulmuşdur. Hazırda küçənin hərəkət hissəsinin asfaltlaşdırılması işləri yekunlaşmaq üzrədir. Eyni zamanda cari ildə əsaslı təmir olunan Avaran-Xürel avtomobil yolundan Mirzə Vəliyev küçəsinə kimi olan yol da asfaltlaşdırılmışdır ki, bu da  həmin yoldan istifadə edən vətəndaşların gediş-gəlişini xeyli asanlaşdırmışdır.
Hazırda Mirzə Vəliyev küçəsi ilə yanaşı şəhərin bir çox küçələrində abadlıq işləri davam edirilir.

Keçidlər