Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Şəhid Arazov İkraməddin Qüdrət oğlu doğum günündə bir daha yad edildi.

07 sentyabr 2021 | 16:00

Qusarda torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan şəhidlərimizin doğum və anım günlərində onların ailələrinin, məzarlarının ziyarət olunması artıq ənənə halını alıb. Ənənənin davamı olaraq  Qusar rayonu Urva Kənd sakini şəhid Arazov İkraməddin Qüdrət  oğlunun doğum günü qeyd edilib. Qusar rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Şahid Fərəməzov, rayon İcra Hakimiyyəti başçısı aparatının digər məsul şəxsləri YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qusar rayon şöbəsinin rəis müavini Müseyib İbrahimov, şəhidin ailə üzvləri, yaxınları, dostları öncə şəhidimizin  məzarını ziyarət edərək məzarı üzərinə gül-çiçək dəstələri düzüblər. Şəhidin ruhuna dualar oxunduqdan sonra anım mərasiminin iştirakçıları Arazov İkraməddinin həyat yolundan danışıb, vətənimizin azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əbədi ehtirama layiq olduqlarını qeyd ediblər. Öz canını vətən uğrunda fəda edən igid oğullardan biri olan şəhid Arazov İkraməddin Murovdağ istiqamətində düşmənə qarşı aparılan döyüşlərdə düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olub. Şəhid İkraməddinin ailə üzvləri və yaxınları şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə edərək buna görə Möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər