Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Şəhid Zərbəliyev Aşurəli Səfərəli oğlunun doğum günü qeyd edildi.

09 sentyabr 2021 | 16:00

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan şəhidlərimizin doğum və anım günlərində onların ailələrinin, məzarlarının ziyarət olunması Qusar rayonunda artıq ənənə halını alıb. Ənənənin davamı olaraq  rayonun Quxuroba kənd sakini şəhid Zərbəliyev Aşurəli Səfərəli oğlunun doğum günü qeyd edilib. Qusar rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov, rayon Gigiyena və Epidemioloji Mərkəzinin direktoru Nadirşah Şirinov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qusar rayon şöbəsinin əməkdaşı, şəhidin ailə üzvləri, yaxınları, dostları öncə şəhidimizin  məzarını ziyarət edərək məzarı üzərinə gül-çiçək dəstələri düzüblər. Öz canını vətən uğrunda fəda edən igid oğullardan biri olan şəhid Zərbəliyev Aşurəli Füzuli rayonu istiqamətində düşmənə qarşı aparılan döyüşlərdə düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olub. Şəhidin ailə üzvləri və yaxınları şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə edərək buna görə Möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər