Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Şəhid İmaməliyev Sərraf Murtuzəli oğlunun doğum günü Qusar rayonunun Əniq kəndində qeyd olundu.

10 sentyabr 2021 | 16:00

Sentyabrın 10-da İkinci Qarabağ müharibəsi şəhidi İmaməliyev Sərraf Murtuzəli oğlunun doğum günü münasibətilə Qusar rayonunun Əniq kəndində anım tədbiri keçirilib. Anım günüdə Qusar rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qusar rayon şöbəsinin əməkdaşları, YAP Qusar rayon təşkilatının sədri və şəhidin yaxın qohumları iştirak ediblər.
Tədbir iştitakçıları şəhidin döyüş yolundan söhbət açıb. Bildirib ki, İmaməliyev Sərraf Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərimizin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına savaşıb, şəhidlik zirvəsinə ucalıb. Şəhidimizin  məzarı ziyarət olunarkən üzərinə gül-çiçək dəstələri düzülüb və ruhuna dualar oxunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatları zamanı göstərdiyi şücaətə görə Prezident cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən İmaməliyev Sərrafa “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib. Şəhidin yaxın qohumları şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı qaldıqlarını ifadə etmiş və buna görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər