Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Şəhid Orxan İsmayılovun doğum günü qeyd olundu

24 sentyabr 2021 | 16:00

Ərazilərimizin bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Orxan İsmayılovun doğum günü Həsənqala kənd qəbiristanlığında məzarı ziyarət olunaraq qeyd edilib. Tədbirdə Qusar rayon İcra Hakimiyyətinin Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili Şöbəsinin müdüri Turab Allahverdiyev, şəhidin təhsil aldığı Həsənqala kənd orta məktəbinin müəllim kollektivi, sinif və döyüş yoldaşları, şəhidin ailəsi, yaxınları, kənd sakinləri onun xatirəsini ehtiramla anıb, məzarı önünə əklil və gül dəstələri düzüb, ruhuna dualar oxudular. Yaşasaydı şəhidimizin 31 yaşı olacaqdır. Döyüş yoldaşları Orxanın döyüş yolundan danışaraq onun mərd, cəsur bir döyüşçü olduğunu söylədilər. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Orxan İsmayılov  ölümündən sonra "Vətən uğrunda", "Füzulinin  azad olunmasına görə"  medalları ilə təltif edilib. Şəhid Orxanın  ailə üzvləri və yaxınları şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə edərək buna görə Möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə etdilər.

Keçidlər