Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

01.08.2014-cü il

01 avqust 2014 | 15:00

01.08.2014-cü il tarixdə Qusar şəhərinin Mərkəzi stadionunda Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Qusar rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı, hərbi pilot, şəhid Fəxrəddin Musayevin xatirəsinə həsr olunmuş hərbi şöhrət bayramı keçirilmişdir. Tədbirə Qusar şəhərindəki hərbi hissəsinin şəxsi heyyəti, Quba şəhərində yerləşən Daxili Qoşunların və Xudat Sərhəd qoşunlarının nümayəndələri cəlb edilmişdir. Tədbirdə Azərbaycan Respublikasının Müdafiə Nazirinin müavini Kərim Vəliyev, idarə rəisləri Rauf Kişiyev, Rüfət Əmirov, Milli Məclisinin sədr müavini Bahar Muradova, deputatlar, Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini Zaur Abdullayev, Respublika Veteranlar Şurasının sədri Dadaş Rzayev, Qarabağ Müharibəsi əlilləri,veteranları və şəhid ailələri ictimai Birliyinin sədri Mehdi Mehdiyev, Əfqanıstan Veteranları Şurasının sədri Məhəmməd Vəliyev, veteran general Abbasəli Novruzov iştirak etmişlər.

Keçidlər