Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Şəhid Qurbanov Elvin Elmar oğlunun şəhid olmasından bir il ötür

19 oktyabr 2021 | 16:00

Vətən müharibəsində qəhrəmanlıq dastanı yazan oğullarımızdan biri də Qurbanov Elvin Elmar oğludur. Vətən torpaqları işğaldan azad olunsun deyə ölümün gözünə dik baxaraq şəhidlik zirvəsinə ucalmış Qurbanov Elvinin bu gün həlak olmasının il dönümüdür. Döyüş meydanında göstərdiyi igidliyə görə ölümündən sonra ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən “Vətən uğrunda”, ”Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş igid vətən oğlunun ildönümünü ailəsi ilə bərabər hər kəs qeyd edib, şəhidimizə olan sonsuz ehtiramını bildirib. İldönümü tədbiri şəhidin şəhidlər xiyabanında yerləşən məzarının ziyarəti ilə başladı. Məzarı üzərinə gül dəstələri düzüldü ruhuna dualar oxunuldu. Tədbirdə Qusar Rayon İcra Hakimiyyəti Aparatının Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili şöbəsinin əməkdaşları Turab Allahverdiyev və Tural Hüseynov, millət vəkili Azər Badamov,  idarə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, şəhidin yaxın qohumları iştirak etmişdir.Daha sonra tədbir iştirakçıları şəhidin ailəsini ziyarət edərək  ev muzeyi ilə tanış olmuş,əziz xatirəsinı bir daha yad etmişdir. Şəhidin  yaxın qohumları şəhid ailələrinə olan diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişdir.

Keçidlər