Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusarlı Milli Qəhrəman Qurbanov Çingiz Salman oğlunun doğum günü qeyd olundu

24 noyabr 2021 | 16:00

Bu gün Qusar rayonunda Milli qəhrəman Qurbanov Çingiz Salman oğlunun doğum  günü Milli qəhrəmanın məzarının ziyarəti ilə başlanıldı. Daha sonra Qusar rayon İcra Hakimiyyəti və  Qusar Ləzgi Dram teatırının birgə təşkilatçılığı ilə Çingiz Qurbanovun xatirəsinə həsr olunmuş “Çingiz Dastanı” tamaşası nümayiş olunmuşdur. Tamaşada Qusar rayon İcra Hakimiyyəti Aparatının Vətən müharibəsi itirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları Turab Allahverdiyev və Tural Hüseynov, YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov, Milli qəhrəmanın atası Salman Qurbanov, qazilər, rayonun idərə və təşkilat nümayəndələri iştirak etmişdir. Çingiz Qurbanov 24 noyabr 1994-ci ildə Qusar rayonunun Həzrə kəndində anadan olmuşdur.29 dekabr 2016-cı il tarixində Tovuz rayonu istiqamətində gedən döyüşlərdə  qəhrəmanlıq göstərmiş, düşmənin çoxsaylı canlı qüvvəsini məhv etmiş və özü də şəhidlik zirvəsinə ucalmışdır. Qurbanov Çingiz Salman oğlu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  müvafiq sərəncamı ilə ölümündən sonra Azərbaycan Respublikasının “Milli qəhrəmanı” fəxri adı ilə təltif edilmişdir.

Keçidlər