Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar rayonundaşəhid ailələri və qazilərə tibbi yardım göstərildi

28 noyabr 2021 | 16:00

Ölkəmizdə şəhid ailələrinin, müharibə əlillərinin, veteranların, hərbi qulluqçuların sosial müdafiəsinin təmin edilməsi, onların rifahının yüksəldilməsi və problemlərinin həlli dövlət siyasətinin mühüm tərkib hissəsini təşkil edir. İndiyədək bu qəbildən olan insanlara maliyyə dəstəyinin göstərilməsi, mənzillərlə, minik avtomobilləri ilə təmin olunması, onların müalicəsi, həyat tərzinin yaxşılaşdırılması, eyni zamanda, Prezidentin aylıq təqaüdü və digər sosial ödənişlərlə (pensiya, müavinət) təmin edilməsi ilə yanaşı, onların həyat tərzinin daha da yaxşılaşdırılmasına xidmət edən bir çox sosial proqramlar da həyata keçirilib.Qusar rayonunda da bu kimi lahiyələr həyata keçirilməkdədir. 28 noyabr 2021-ci il tarixdə Qusar rayon İcra Hakimiyyətinin, Azərbaycan Tibb Universiteti Onkoloji Klinikası və OKİ Klinikasının birgə  təşkilatçılığı ilə Bakı şəhərinin müxtəlif klinakalarında çalışan 18 ixtisas üzrə 32 könüllü həkimin iştirakı ilə 200-dən artıq şəhid və qazi ailələrinin tibbi müayinəsiqarşılanmışdır. Aksiya zamanı OKİ klinikasında  KT, MRT, USM müayinələr,labarator müayinələr olunmaqla yanaşı müalicəyə ehtiyacı olan xəstələr həkimlər tərəfindən 65 adda müxtəlif qrupda dərman preparatları ilə təmin olunmuşdur.Həmçinin müxtəlif sahələr üzrə cərrahi əməliyyata ehtiyac olan xəstələrin tam ödənişsiz əməliyyat olunması üçün qeydiyatı aparılmışdır.Şəhid ailələri və qazilər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlığını bildirdilər.

Keçidlər