Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Sərəncamlar

Azərbaycan Respublikası

Qusar rayon İcra Hakimiyyəti başçısının

S Ə R Ə N C A M I

       № 17                                                                                                    17 mart 2020-ci il


Rayon ərazisində koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizənin təşkil edilməsi məqsədilə Operativ Qərargahın yaradılması haqqında


Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya kimi qəbul edilən koronavirus xəstəliyinin yayılma coğrafiyasının geniş miqyas aldığını nəzərə alaraq  COVİD-19 virusunun ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti Yanında Operativ Qərargah tərəfindən təxirəsalınmaz və icrası məcburi olan bir sıra qərarlar qəbul edilmiş,  aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmişdir. Qeyd olunan qərarların icrası məqsədilə Nazirlər Kabineti Yanında Operativ Qəragah tərəfindən Rayon İcra Hakimiyyətinə göndərilmiş 16 mart 2020-ci il tarixli 1/384 saylı məktubunu əsas tutaraq qərara alıram:

1.  Koronavirus xəstəliyinin rayon ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi üçün Rayon İcra Hakimiyyətinin Başçısı yanında aidiyyəti yerli dövlət qurumlarının rəhbərlərindən ibarət aşağıdakı tərkibdə qərargah yaradılsın:

Qərargahın sədri:

1. Ş.Fərəməzov   -Rayon İcra Hakimiyyəti başçısının birinci
      müavini

Qərargahın üzvləri:

2. E.Mustafayev  -RİH başçısının müavini, İctimai-siyasi və
      Humanitar Məsələlər şöbəsinin müdiri
3. Z.Eldarova   -RİHB-nın müavini, Sosial-iqtisadi inkişafın
      təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri
4. Ş.Saruxanov   -RİHB Apaartının Memarlıq və Tikinti şöbəsinin
müdiri
5. Ə.Balabəyov   -RİHB Aparatının Ərazi İdarəetmə və
Yerli Özünüidarəetmə Orqanları ilə İş 
şöbəsinin müdiri
6. T.Kazımov    -RİHB Aparatının Hüquq şöbəsinin müdiri
7. M.Əhmədov   -Qusar rayon Prokuroru

 

8. Ş.Talıbov    -Dövlət Təhlükəsizlik Xidmətinin Qusar rayon
      şöbəsinin rəisi
9. Z.Əliyev   -Qusar rayon Polis şöbəsinin rəisi
10. N.Zeynalov   -Qida Təhlükəsizliyi Agentliyinin Xaçmaz
      Regional Bölməsinin rəisi
11. M.Zeynalov    -Qusar rayon Mərkəzi Xəstəxanası Publik
Hüquqi Şəxsin direktoru
12. N.Şirinov   -Qusar rayon Gigiyena və Epidemiologiya
Mərkəzinin direktoru
13. Y.Abuyev   -Rayon Təhsil şöbəsinin müdiri əvəzi
14. D.İbramxəlilov  -Xaçmaz Regional Mədəniyyət İdarəsinin Qusar
      rayonu üzrə nümayəndəsi
15. E.Əmirmətov   -Rayon Gənclər və İdman İdarəsinin rəisi
16. E.Əlimuradov  -KTN-nin Qusar Dövlət Aqrar İnkişaf Mərkəzinin
      direktoru
17. V.Seyidov   -Regional Qaz İstismarı İdarəsinin Qusar
Xidmət Sahəsi üzrə rəisi
18. F.Pirmətov   -Qusar rayon Telekommunikasiya Qovşağının
      rəisi
19. Ə.Mərdanov   -Qusar Elektrik Şəbəkəsinin rəisi
20. R.Məmmədov  -Qusar Su-kanalı Sahəsinin rəisi
21.  A.Aşurov   -Qusar rayon Statistika İdarəsinin rəisi


2.  Zəruri hallarda şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə rayon İcra Hakimiyyəti başçısının nümayəndələri və bələdiyyə sədrləri Operativ Qərargahın işinə cəlb edilsin.

3.  Rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərlərinə tövsiyə edilsin ki, iclasların, müşavirələrin və toplantıların telefon (selektor) rabitəsi, mobil və internet rabitəsi vasitəsilə keçirilməsinə üstünlük verilsin. Mümkün olduğu halda, əməkdaşların məsafədən işləmələri məsələsinə baxılsın. 60 yaşdan yuxarı şəxslərin və öhdəsində azyaşlı uşağı olan qadınların iş davamiyyətinə güzəştli şərtlər tədbiq edilsin.

4.  İdarə, müəssisələrdən və təşkilatlarda virusun yayılmasının qarşısını almağa kömək edəcək ehtiyat tədbirləri görülsün, o cümlədən həkim məsləhətlərinə və sanitar-gigiyena qaydalarına ciddi riayət edilsin, dezinfeksiya işləri aparılsın və inzibati binaların dəhlizlərində antiseptik vasitələrin qoyulması təmin edilsin.

5.  İşçilərin və  onların ailə üzvlərindən birinin qrip, soyuqdəymə, halsızlıq və digər bu kimi halları olduğu təqdirdə  həmin işçilərin işə çıxması qadağan edilsin.

6.  Xüsusi zərurət olduğu hallar istisna olmaqla, bütün ezamiyyətlər dayandırılsın. Ezamiyyətə xüsusi zərurət olduğu hallarda, razılıq alınması məqsədilə Dövlət orqanlarının və qurumlarının rəhbərləri tərəfindən operativ qərargaha əsaslandırılmış rəsmi müraciət edilsin.

7.  Rayon İcra Hakimiyyəti Başçısı Aparatında qəbul otağında vətəndaşların qrup və fərdi surətdə qəbulları, yerlərdə səyyar qəbulların keçirilməsi təxirə salınsın.

8.  Rayon İcra Hakimiyyəti Başçısı Aparatında vətəndaşların müraciətlərinin  elektron və telefon rabitəsi vasitəsi ilə həyata keçirilməsi üçün mail@qusar-ih.gov.az elektron, 38-5-30-58 və 38-5-26-80 telefon əlaqə nömrələri müəyyən edilsin.



9.  Vətəndaş müraciətlərinin elektron və telefon vasitəsilə qəbul edilməsi məqsədilə  Rayon İcra Hakimiyyəti Başçısı Aparatında Hüquq şöbəsinin müdiri Kazımov Telman Babacan oğlu, Sənədlərlə və Vətəndaşların Müraciətləri ilə İş şöbəsinin müdiri Fərzəliyeva Mehri İkram qızı və İnformasiya Təminatı və Təhlili sektorun müdiri Xəlilov İlham Caiz oğlu məsul əməkdaşlar qismində müəyyən edilsin. 

10.  Rayon ərazisində yerləşən uşaq bağçalarında, ümumtəhsil məktəblərində, mədəniyyət müəssisələrində və insanların kütləvi yığışdığı yerlərdə müvafiq tədbirlərin görülməsi, mütəmadi olaraq dezinfeksiya işlərinin aparılması təmin edilsin.

11.  RİH Başçısı Aparatının Sənədlərlə və Vətəndaşların Müraciətləri ilə İş şöbəsinin müdiri M.Fərzəliyevaya tapşırılsın ki, sərəncamın “Qusar” qəzetində dərc edilməsi və aidiyyatı qurumların rəhbərlərinə çatdırılmasını təmin etsin.

12.  Sərəncamın icrasına nəzarəti öz üzərimə götürürəm.

RİH başçısı vəzifəsini müvəqqəti icra edən, 
RİH başçısının birinci müavini:                                                                           Şahid Fərəməzov

Keçidlər