Sakinlərin nəzərinə! Təmir işləri ilə əlaqədar 24.04.2025-ci il tarixdə elektrik enerjisi verilişində məhdudiyyət yaranacaq
22 aprel 2025 | 18:15
Baş verə biləcək qəza hallarının qarşısının alınması, istehlakçıların etibarlı və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə 24.04.2025-ci il tarixdə Qusar 110/35/10 kV-luq yarımstansiyada 2 saylı transformatorda cari təmir, sınaq ölçü işləri və rele mühafizə dövrələrin yoxlanması nəzərdə tutulub.
Bunun nəticəsində 2 saylı 10 MVA transformatordan çıxan 35 kV-luq Qusar-Zeyxur HEVX ilə qidalanan yarımstansiyalarda (35/10 kv-luq Hil, Zeyxur, Şirvanlı, Əcəxur və 35/6 kV-luq Qusar SES y/st-lar) istehlakçıların elektrik enerjisi ilə təchizatında fasilə yaranacaqdır.
Nəzərə almağınızı xahiş edirik.