Aqrar Sığorta Fondunun təşkilatçılığı ilə “Azərbaycanda kənd təsərrüfatı” mövzusunda fotomüsabiqə elan edilib
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Sığorta Fondu, “Agrodairy” şirkəti və Azərbaycan Fotoqrafları Birliyinin birgə əməkdaşlığı ilə “Azərbaycanda kənd təsərrüfatı” mövzusunda fotomüsabiqə elan olunub. Mart ayının 15-dən aprelin 20-dək keçiriləcək müsabiqədə ölkənin bütün bölgələrindən kənd həyatı, kənd təsərrüfatı və aqrar sahəyə aid fotoların müəllifləri iştirak edə bilər. Müsabiqəyə aqrar sahədə fermerlərin fəaliyyətini, gündəlik həyatını, əkin və məhsul yığımı prosesini əks etdirən, həmçinin kənd təsərrüfatı heyvanları, bitkiləri və kənd təsərrüfatı texnikalarına aid fotoşəkillər qəbul edilir.
Müsabiqə barədə ətraflı məlumat aşağıdakı linkdə verilib.
https://agro.gov.az/az/news/120325