Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

İnzibati Ərazi Dairəsi üzrə Nümayəndələrin , bələdiyyə sədrlərinin və qeyri – yaşayış təyinatlı obyektlər üçün hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışı olmayan hüquqi və fiziki şəxslərin nəzərinə

28 yanvar 2025 | 14:48

“Qeyri – yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2023-cü il tarixli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2024-cü il tarixli Fərmanı ilə qeyri-yaşayış təyinatlı obyektlərinin sifarişçilərinin Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müraciət edilməsi müddəti 01 yanvar 2026-cı ilədək uzadılmışdır.

İnzibati ərazi dairəsi üzrə nümayəndələrindən və bələdiyyə sədrlərindən xahiş olunur ki,  2023-cü ilin iyunun 1-dək tikintisi başa çatmış, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışı olmayan   qeyri- yaşayış təyinatlı obyektlərin  sahibləri  arasında təbliğat işlərinin aparmasını  və ərazilərdə aparılan qanunsuz tikinti işlərinin qarşısının alınmasını  təmin etsinlər.

Keçidlər