Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkilərin tarixi müəyyən edilib

02 iyun 2025 | 17:55

Qusar Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın formalaşdırılması məqsədilə aparılan seçki prosesi çərçivəsində namizədlərin irəli sürülməsi və onların qeydiyyatı mərhələsi 2025-ci il 27 may tarixində yekunlaşıb.
Azərbaycan Respublikası Prezidentinin “İctimai iştirakçılıq haqqında” Qanununun tələblərinə əsasən, yerli icra hakimiyyəti orqanları yanında fəaliyyət göstərən İctimai Şuralar vətəndaş cəmiyyətinin dövlət idarəçiliyində iştirakını təmin edən mühüm mexanizmlərdən biridir. Bu məqsədlə Qusar Rayon İcra Hakimiyyəti tərəfindən qanunvericiliyin tələblərinə uyğun şəkildə İctimai Şuraya seçkilərin təşkili üzrə komissiya yaradılmış və digər müvafiq tədbirlər həyata keçirilmişdir. Rayon ərazisində fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları tərəfindən irəli sürülmüş namizədlərdən 11 nəfərinin namizədliyi qeydiyyata alınmışdır. RİH yanında fəaliyyət göstərəcək İctimai Şuraya seçkilər 24 iyun 2025-ci il tarixdə keçiriləcəkdir.
Rayon ictimaiyyəti və vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin İctimai Şuraya seçkilərdə fəal iştirakı ictimai iştirakçılığın təmin olunması baxımından vacib hesab edilir.

Keçidlər