Rayon İcra Hakimiyyətinin yanında İctimai Şuranın üzvlüyünə qeydiyyat tarixləri açıqlanıb
Qusar rayon İcra Hakimiyyəti başçısının 17 aprel 2025-ci il tarixli sərəncamı ilə Qusar rayon İcra Hakimiyyətinin yanında İctimai Şuraya seçkilərin keçirilməsi məqsədi ilə 9 nəfərdən ibarət Seçki Komissiyası yaradılmışdır. Seçki Komissiyasının 21 aprel 2025-ci il tarixli qərarına əsasən, Qusar rayon İcra Hakimiyyətinin yanında fəaliyyət göstərəcək İctimai Şura 7 üzvdən ibarət tərkibdə müəyyən ediləcək. İctimai Şuraya namizədlərin irəli sürülməsi və onların qeydiyyatı 24 aprel 2025-ci il tarixdən başlayaraq 27 may 2025-ci il tarixə kimi davam etdiriləcək. Hər bir vətəndaş cəmiyyəti institutu İctimai Şuranın üzvlüyünə yalnız bir namizəd irəli sürə bilər. Müraciətə İctimai Şuranın üzvlüyünə irəli sürülən namizəd barədə aşağıdakı sənədlər əlavə edilməlidir:
1. Şəxsiyyət vəsiqəsinin surəti
2. Namizədin tərcümeyi-halı
3. Namizəd hər hansı bir vətəndaş cəmiyyəti institutunun üzvü olduğu halda, həmin üzvlüyü təsdiq edən sənədin surəti