Vətəndaşların nəzərinə!
28 və 29 avqust 2025-ci il tarixlərində saat 10:00-dan etibarən Qusar şəhərində Dövlət Sosial Müdafiə Fondunun inzibati binasında Maddi-Məişət Şəraitinin Müayinəsi üzrə Mərkəzi filialın əməkdaşlarının iştirakı ilə vətəndaşlarla görüş keçiriləcəkdir.
Görüşün əsas məqsədi:
Ünvanlı Dövlət Sosial Yardımının (ÜDSY) təyin olunması zamanı vətəndaşların üzləşdikləri çətinliklərin izahı;
Müraciət etmiş, lakin imtina cavabı almış şəxslərə rədd cavabının səbəblərinin aydınlaşdırılması;
Sosial yardımın alınma şərtləri və müraciət qaydaları haqqında ətraflı maarifləndirmə;
Vətəndaşlara mümkün dəstəyin göstərilməsi və onların suallarının cavablandırılması.
ÜDSY ilə bağlı hər hansı sualı olan, müraciət etmək istəyən və ya imtina cavabı almış bütün vətəndaşlar bu görüşdə iştirak edə bilərlər






