Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Qusar Rayon İcra Hakimiyyəti başçısının təbriki

01 iyun 2026 | 09:01
Əziz uşaqlar!
Sizi 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı arzulayıram.
Uşaqlar cəmiyyətimizin ən dəyərli sərvəti, xalqımızın gələcəyi, dövlətimizin sabahı və ümid yeridir. Hər bir uşağın sağlam, təhlükəsiz mühitdə böyüməsi, keyfiyyətli təhsil alması, öz bilik və bacarıqlarını sərbəst şəkildə inkişaf etdirməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Məhz buna görə də ölkəmizdə uşaqların hüquqlarının müdafiəsi, onların hərtərəfli inkişafı daim diqqət mərkəzində saxlanılır. Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət uşaq siyasəti nəticəsində ölkəmizdə uşaqların hərtərəfli inkişafı üçün geniş imkanlar yaradılmışdır. Eyni zamanda, Birinci vitse-prezident Mehriban xanım Əliyeva və rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən çoxsaylı layihələr uşaqların təhsilinə, sağlamlığına və sosial müdafiəsinə mühüm töhfələr vermişdir.
Bu gün Azərbaycanın hər yerində olduğu kimi, Qusar rayonunda da uşaq-gənclər siyasəti uğurla həyata keçirilir. Rayonumuzda təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, təhsil, idman, mədəniyyət və digər sahələrdə istedadlı uşaqların potensialının üzə çıxarılması istiqamətində mühüm layihələr həyata keçirilir. Gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması, milli-mənəvi dəyərlərimizə bağlı, bilikli, savadlı və müasir dünyagörüşlü vətəndaşlar kimi formalaşması hər birimizin qarşısında duran ən vacib vəzifələrdəndir. Sevindirici haldır ki, ölkəmizdə uşaq və gənclərin hərtərəfli inkişafına yönəlmiş uğurlu dövlət siyasətinin nəticələri Qusar rayonunda da özünü aydın şəkildə göstərir. Rayonumuzun gəncləri təhsil, elm, idman, mədəniyyət və digər sahələrdə əldə etdikləri yüksək nailiyyətlərlə bizi daim sevindirir, müxtəlif fənn olimpiadalarında, bilik yarışlarında, müsabiqələrdə və digər respublika və beynəlxalq səviyyəli yarışlarda ölkəmizi, o cümlədən rayonumuzu layiqincə təmsil edirlər.
Əziz uşaqlar!
Siz Azərbaycanın işıqlı gələcəyi, sabahımızın qurucularısınız. Bu gün əldə etdiyiniz biliklər, qazandığınız uğurlar gələcəkdə ölkəmizin inkişafına xidmət edəcəkdir. İnanırıq ki, sizlər yüksək mənəvi dəyərlərə sahib, Vətənini sevən, dövlətinə və xalqına layiq vətəndaşlar kimi yetişəcək, Azərbaycanın adını daim uca tutacaqsınız. Xüsusilə qeyd etmək istəyirəm ki, şəhidlərimizin bizə əmanət qoyduğu övladlarımız dövlətimizin və cəmiyyətimizin daim diqqət və qayğısı ilə əhatə olunurlar. Onların xoşbəxt gələcəyi naminə görülən işlər bundan sonra da davam etdiriləcəkdir.
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün uşaqları bir daha ürəkdən təbrik edir, hər birinizə xoşbəxt və işıqlı gələcək arzulayıram.
Keçidlər