1 noyabr kənd təsərrüfatı işçilərinin peşə bayramı günüdür
Son illərdə ölkəmizdə kənd təsərrüfatının modernləşdirilməsi, ölkənin aqrar potensialının təbliği istiqamətində mühüm uğurlar əldə edilib. Ölkədə bu sahənin iqtisadi, texnoloji inkişaf mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində kompleks tədbirlərin icrası aqrar sahənin keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymasına təkan verib.
Qusar rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov rayon Dövlət Aqrar İnkişaf Mərkəzində olub, mərkəzin fəaliyyəti ilə tanış olaraq işçilərlə həmsöhbət olub, onları 1 noyabr kənd təsərrüfatı işçilərinin peşə bayramı münasibətilə təbrik edib, işlərində uğurlar arzu edib.
Peşə bayramının təsis olunmasını dövlətin aqrar sahəyə göstərdiyi diqqət və qayğının təzahürü kimi qiymətləndirən rayon rəhbəri Qusar rayonunda son zamanlarda kənd təsərrüfatı sahəsinin inkişaf etdiyini, xarici bazarlara çıxarıla biləcək rəqabətədavamlı məhsul növlərinin istehsalının artdığını diqqətə çatdırıb.
Daha sonra RİH başçısına Qusar rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin fəaliyyəti, kənd təsərrüfatı sahəsində baş verən dəyişikliklər, o cümlədən qarşıda duran əsas vəzifələr barədə ətraflı məlumat verilib. Mərkəz tərəfindən aqrar sahədə qabaqcıl təcrübənin öyrənilərək təbliğ və təşviq edildiyi, rayonun kənd təsərrüfatının inkişafı istiqamətində fəaliyyətini genişləndirdiyi bildirilib.