Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

1 Noyabr – Kənd təsərrüfatı işçilərinin peşə bayramıdır

31 oktyabr 2025 | 19:09
1 Noyabr – Kənd təsərrüfatı işçilərinin peşə bayramı münasibətilə Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, Qusar Rayon İcra Hakimiyyəti başçısının I müavini Şahid Fərəməzov, Qusar Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rauf Minhacov, rayonun kənd təsərrüfatı sahəsində çalışan əməkdaşlar Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etmişlər. Abidə önünə gül dəstələri düzülərək dahi şəxsiyyətin xatirəsi ehtiramla yad edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 oktyabr tarixli Sərəncamı ilə ölkəmizdə kənd təsərrüfatı işçilərinin peşə bayramının təsis edilməsi ölkə rəhbərliyinin kənd təsərrüfatı sahəsinə verdiyi yüksək dəyərin, torpağa bağlı, zəhmətkeş insanların əməyinə göstərilən ehtiramın bariz nümunəsidir.
Son illər ərzində ölkəmizdə qeyri-neft sektorunun, o cümlədən aqrar sahənin inkişafı istiqamətində mühüm addımlar atılmışdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində bu gün ölkəmizdə kənd təsərrüfatı iqtisadiyyatın aparıcı sahələrindən birinə çevrilmişdir. Qusar rayonunda da bu sahənin inkişafı daim diqqət mərkəzində saxlanılır.
Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov kənd təsərrüfatı işçilərini peşə bayramı münasibətilə səmimi qəlbdən təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzu edib. Rayon rəhbəri vurğulayıb ki, kənd təsərrüfatı sahəsi ölkə iqtisadiyyatının aparıcı istiqamətlərindən biri olmaqla, ərzaq təhlükəsizliyinin təminində, ixrac potensialının artırılmasında və regionların sosial-iqtisadi inkişafında mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan kənd təsərrüfatı sahəsində çalışan işçilərin gərgin əməyi və zəhməti yüksək qiymətləndirilməlidir.
Keçidlər