Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

İyun ayında rayon başçısı Hil və Yasab kənd sakinləri ilə görüşüb.

25 iyun 2018 | 16:00

Vətəndaşların yerlərdə qəbulunu ənənəyə çevirmiş Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasovun kənd sakinləri ilə növbəti görüşləri iyun ayında Hil və Yasab kəndlərində olmuşdur. RİH başçısının müavinlərinin, aparatın şöbə müdirlərinin, hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilatların, xidmət sahələri rəhbərlərinin də iştirakı ilə Hil kənd ümumi orta məktəbinin iclas zalında düzənlənmiş qəbulda kənd sakinlərinin arzu, istək, təklif, müraciətləri dinlənilmişdir. Yasab kəndin mərasimlər evində düzənlənən görüşdə yasablıları salamlayan icra başçısı yerlərdə zəhmət adamları ilə canlı təmas qurmağın üstünlüklərindən danışmış, belə görüşlərin yerlərdə mövcud nöqsan və çatışmazlıqları ilk mənbədən öyrənməyə, birgə həll edib aradan qaldırmağa imkan verdiyini söyləmişdir. Kənd ağsaqqaları və ziyalılarla məktəbin həyətində açıq havada davam edən görüşdə də bir sıra ictimai, sosial və şəxsi məsələlər müzakirə olunaraq həlli yolları araşdırılmışdır. 

Keçidlər