Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusarda Azərbaycan polisinin yaranmasının 99-cu ildönümü qeyd olunub

02 iyul 2018 | 16:00

İyulun 2-də Qusarda Azərbaycan polisinin yaranmasının 99-cu ildönümü qeyd olunub. Qusar rayon icra Hakimiyyətinin başçısı Şair Alxasov, Qusar polis şöbəsinin rəisi, digər güc strukturlarının rəhbərləri, idarə müdirləri, polis əməkdaşları ilə birgə H.Əliyev mərkəzinə gedərək Heydər Əliyevin abidə kompleksi önünə tər çiçək dəstələri düzüblər. Daha sonra tədbir Qusar Mərkəzi Sarayında davam etdirilib. Polisləri peşə bayramları münasibətilə təbrik edən Qusar rayon Icra Hakimiyyətinin başçısı bildirib ki, Azərbaycan polisi yarandığı gündən xalqın və dövlətin mənafeyində durub, vətəndaşların asayişin və təhlükəsizliyin mühafizəsi, sabitliyin və əmin-amanlığın qorunması sahəsində rolu əvəzsizdir. Sonda bir qrup polis əməkdaşına fəxri fərman təqdim olunub.

Keçidlər