Qusar rayonunda Prokurorluq orqanlarının yaradılmasının 100 illiyi və peşə bayramı qeyd olundu.
1 oktyabr 2018-ci il tarixdə Qusar şəhər Heydər Əliyev mərkəzində "1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü" və prokurorluq orqanlarının yaradılmasının 100 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbirdə Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov, RİH başçısı aparatının işçiləri, Qusar rayon Prokurorluğunun əməkdaşları və rayonun idarə və təşkilat rəhbərləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Şair Alxasov peşə bayramı münasibəti ilə bütün prokurorluq işçilərini təbrik edib, prokurorluq orqanlarının müstəqil dövlətimizə uyğun formalaşmasında ümummilli lider, ulu öndər Heydər Əliyevin müstəsna rolunun olduğunu qeyd edib. Tədbirdə çıxış edən Qusar rayon Prokuroru Mübariz Əhmədov göstərilən diqqətə görə ölkə başçısı cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz təşəkkürünü bildirib.
Sonda rayon prokurorluğunun bir qrup əməkdaşı prokurorluq sistemində səmərəli fəaliyyətinə görə RİH başçısının fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunublar.