Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Azərbaycanın Milli Qəhrəmanı, şəhid Çingiz Qurbanovun ailəsi Qusar şəhərində yeni evlə təmin olunub.

07 fevral 2019 | 16:00

7 fevral 2019-cu il tarixdə Azərbaycan Respublikasının Milli Qəhrəmanı Çingiz Qurbanvun ailə üzvlərinə Qusar şəhərində tikilmiş fərdi yaşayış evinin açılış mərasimi keçirilib. Açılış mərasimdə Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov çıxış edərək bildirib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, Milli Qəhrəman Çingiz Qurbanovun ailəsinə dövlət tərəfindən hərtərəfli diqqət və qayğı göstərilir. Dövlətimizin başçısının göstərişinə əsasən, sosial təminatının gücləndirilməsi məqsədilə Ç.Qurbanovun ailəsi həm Bakı şəhərində mənzil, həm də Qusarda fərdi yaşayış evi ilə təmin edilib.

Keçidlər