Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

12 Noyabr - Konstitusiya Günü münasibətilə məktəblilərin hüquqi maarifləndirilməsi istiqamətində tədbir keçirilib

12 noyabr 2026 | 17:00
 
12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günü münasibətilə Qusar şəhər 6 nömrəli tam orta ümumtəhsil məktəbində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Qusar Rayon İcra Hakimiyyətinin, Qusar Rayon Prokurorluğunun və Qusar Rayon Polis Şöbəsinin əməkdaşları, məktəbin direktoru çıxış edərək Azərbaycan Konstitusiyasının formalaşma tarixi, qəbul edilməsinin zəruriliyi, hüquqi dövlət quruculuğunda əhəmiyyəti və əsas prinsipləri barədə ətraflı məlumat veriblər.
Çıxışlarda bildirilib ki, müstəqil Azərbaycanın ilk Konstitusiyasının hazırlanması Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi və bilavasitə təşəbbüsü ilə həyata keçirilən dövlət quruculuğu prosesinin mühüm istiqamətlərindən biri olub. 1995-ci il mayın 2-də Milli Məclisin qərarı ilə Ulu Öndərin sədrliyi altında Konstitusiya layihəsini hazırlayan komissiya yaradılıb, layihə geniş ictimai müzakirəyə təqdim edildikdən sonra 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə qəbul olunub. Həmin il noyabrın 27-də qüvvəyə minən Əsas Qanun müstəqil Azərbaycanın ilk Konstitusiyası kimi ölkənin gələcək inkişafının hüquqi-siyasi əsaslarını müəyyənləşdirib. Konstitusiya 5 bölmə, 12 fəsil və 158 maddədən, həmçinin preambula və keçid müddəalarından ibarətdir.
Həmçinin diqqətə çatdırılıb ki, Konstitusiyanın təkmilləşdirilməsi məqsədilə 2002-ci il avqustun 24-də, 2009-cu il martın 18-də və 2016-cı il sentyabrın 26-da referendumlar keçirilərək Əsas Qanuna müvafiq əlavə və dəyişikliklər edilib. Ümummilli Lider Heydər Əliyevin imzaladığı Fərmana əsasən, hər il noyabrın 12-si ölkəmizdə Konstitusiya Günü kimi qeyd olunur.
Tədbir çərçivəsində Konstitusiyada təsbit edilmiş dövlət suverenliyi, xalq hakimiyyəti, qanunun aliliyi, hüquqi və dünyəvi dövlət prinsipləri, eləcə də insan və vətəndaş hüquq və azadlıqlarının təminatı məsələləri geniş şəkildə izah edilib. Şagirdlərin diqqətinə çatdırılıb ki, Konstitusiya yalnız hüquq və azadlıqları müəyyənləşdirmir, eyni zamanda, hər bir vətəndaşın cəmiyyət və dövlət qarşısında vəzifələrini, hüquqi məsuliyyətini və qanunvericiliyə riayət etmək öhdəliyini də müəyyən edir.
Keçidlər