Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

12 Noyabr – Konstitusiya Gününə həsr olunmuş xüsusi dərs keçirilib

13 noyabr 2026 | 17:34
 
12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günü münasibətilə Qusar Peşə Liseyində tələbələrin hüquqi maarifləndirilməsi məqsədilə xüsusi dərs təşkil olunub.
Liseyin hərbi rəhbəri Şahin Səlimov tərəfindən keçirilən dərsdə Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin tarixi zərurəti, müstəqil dövlətçiliyimizin hüquqi əsaslarının möhkəmləndirilməsində əhəmiyyəti və Ulu Öndər Heydər Əliyevin Konstitusiyanın hazırlanması prosesində müstəsna rolu diqqətə çatdırılıb. Bildirilib ki, 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi – referendum yolu ilə qəbul edilən, 5 bölmə, 12 fəsil və 158 maddədən ibarət olan Azərbaycan Respublikasının ilk milli Konstitusiyası noyabrın 27-də qüvvəyə minərək ölkəmizdə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun fundamental əsasını formalaşdırıb.
Dərs çərçivəsində Konstitusiyada təsbit olunmuş əsas insan və vətəndaş hüquqları, azadlıqlar və vəzifələr, qanunun aliliyi prinsipi, dövlət və cəmiyyət qarşısında vətəndaş məsuliyyəti, eləcə də gənc nəslin milli-mənəvi dəyərlərə və dövlətçilik ənənələrinə bağlılığının əhəmiyyəti ətraflı izah edilib. Mövzu ətrafında aparılan müzakirələr zamanı tələbələrin sualları cavablandırılıb.
Qeyd olunub ki, bu istiqamətdə təşkil edilən maarifləndirici tədbirlər gənclərin konstitusion hüquq və vəzifələrini dərindən mənimsəməsinə, hüquqi düşüncə tərzinin formalaşmasına, dövlətə və cəmiyyətə qarşı məsuliyyət hissinin gücləndirilməsinə xidmət edir.
Keçidlər